İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Moskva "Spartak"ından Aleksandr Kokorini transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı hücumçu ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Kokorin 2020-ci ilin avqustundan "Spartak"da çıxış edirdi. Hücumçu bu mövsüm 10 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Kokorin Rusiya yığmasında isə 48 oyuna 12 qol vurub.
 
Rusiya yığmasının sabiq üzvü 2018-ci ilin oktyabrında restoranda davada iştirak etmiş və həbs olunmuşdu. Hücumçu 2019-cu ilin sentyabrında azadlığa buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest