Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, araşdırma 1987-2020-ci illəri əhatə edib.
 
Siyahının ilk pilləsində İtaliya yığmasının sabiq üzvü, “Yuventus”un qapıçısı Canluici Buffon yer alıb. 43 yaşlı futbolçunun aktivində 357 xal var.
 
İspaniya yığmasının və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas 260 xalla 2-ci sırada qərarlaşıb. “Çelsi”nin keçmiş futbolçusu, Çexiya yığmasının sabiq qolkiperi Petr Çex isə 218 xalla 3-cü yeri tutub.
 
Qeyd edək ki, İFFHS 34 ildə hər mövsüm yüksək nəticə göstərən qapıçıları sıralayıb. Hər il "20-lik"də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.
 
Siyahının ilk 10 pilləsində yer alan qapıçılar:
 
1. Canluici Buffon (İtaliya) - 357
2. İker Kasilyas (İspaniya) - 260
3. Petr Çex (Çexiya) - 218
4. Edvin Van Der Sar (Niderland) - 201
5. Manuel Noyer (Almaniya) - 200
6. Peter Şmeyxel (Danimarka) - 179
7. Oliver Kan (Almaniya) - 162
8. Xose Luis Çilavert (Paraqvay) - 146
9. Valter Zenqa (İtaliya) - 132
10. Andoni Subisaretta (İspaniya) - 132

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest