Peşəkar Futbol Liqası qarlı hava şəraiti ilə əlaqədar başa çatdırılmadan dayandırılmış və keçirilməsi mümkün olmayan Birinci Divizion oyunlarının yeni tarixlərini müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, təxirə salınmış bütün görüşlər martın sonlarında keçiriləcək.
 
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Görüşlərin başlanma saatları ilə bağlı əlavə məlumat veriləcək.
 
Oyunların keçiriləcəyi tarixləri təqdim edirik:
 
Birinci Divizion
 
13-cü turdan təxirə salınmış oyunlar
23 mart
 
“Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu, 52-ci dəqiqədən etibarən
 
“Kəpəz” – “Qaradağ Lökbatan”
Gəncə şəhər stadionu
 
14-cü turdan təxirə salınmış oyunlar
27 mart
 
“Sabah-2” – “Keşlə-2”
Masazır. Bank Respublika Arena, ehtiyat meydança
 
28 mart
 
“Neftçi-2” – “Sumqayıt-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança)
 
MOİK – “Kəpəz”
Binə qəsəbə stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest