İngiltərənin "Mançester Siti" klubu futbolçusu Kevin de Breynenin müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, "şəhərlilər" 29 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
De Breyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. Yarımmüdafiəçi bu mövsüm 33 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest