Aç-2020-nin C qrupu çərçivəsində keçirilən Niderland - Avstriya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Denzel Dumfris bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu bu matçın 67-ci dəqiqəsində vurduğu qolla komandasının qələbəsində (2:0) əsas pay sahiblərindən birinə çevrilib.
 
Xatırladaq ki, Dumfris ilk turda Ukraynaya 3:2 hesabıyla qalib gəldikləri görüşdə də matçın ulduzu seçilmişdi. Daha öncə Belçika yığmasının hücumçusu Romelu Lukaku Aç-2020-də iki dəfə matçın ən yaxşı futbolçusu elan olunub.
 
Qeyd edək ki, Denzel Dumfris hazırda Niderlandın PSV klubunun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest