İspaniya milli komandasının futbolçusu Serxio Buskets koronavirusa qalib gəlib. Matc.az xəbər verir ki, yarımmüdafiəçinin koronavirus testinin nəticəsi mənfi olub. Bu barədə İspaniya yığmasının mətbuat xidməti məlumat yayıb.
 
Buskets İspaniya millisinin Aç-2020-nin qrup mərhələsinin 2-ci turu çərçivəsində Polşaya qarşı keçirəcəyi oyunda iştirak edə bilər.
 
Busketsdə iyunun 6-da koronavirus aşkarlanmışdı.
 
Sabah keçiriləcək İspaniya – Polşa matçı saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest