Aç-2020-nin D qrupu çərçivəsində keçirilən Xorvatiya - Şotlandiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən biri olub. Xorvatiya yığmasının ilk qolunu da məhz Vlaşiç vurub.
 
Qeyd edək ki, Xorvatiya - Şotlandiya matçı 3:1 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest