Bu gün Aç-2020-nin 1/8 final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Əvvəlcə Uels və Danimarka milli komandaları üz-üzə gəliblər. Niderlandın paytaxtı Amsterdamda – "Yohan Kroyf Arena"da gerçəkləşən matçda danimarkalılar 4 cavabsız qolla qalib gəliblər və ilk 1/4 finalçı olublar. Qeyd edək ki, Danimarka yığmasının Bakıda baş tutacaq 1/4 final matçındakı rəqibi sabah Niderland – çexiya görüşündə dəqiqləşəcək.

Günün digər matçında İtaliya yığması Avstriyanın müqavimətini qırmağa çalışıb. Əsas vaxtda hesab açılmadığı üçün, əlavə vaxt təyin olunub. Məhz əlavə vaxtda italyanlar qələbəni və 1/4 finala vəsiqəni təmin ediblər.

Aç-2020
1/8 final
26 iyun

Uels – Danimarka 0:4
Qol: K.Dolberq, 27; 48. Y.Mehle, 88. M.Breytveyt, 90+6.
Baş hakim: Daniel Zibert (Almaniya).
Amsterdam. "Yohan Kroyff Arena".

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remsi, 11. Qaret Beyl (k), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.

İtaliya – Avstriya 2:1
Qol: F.Kyeza, 95. M.Pessina, 105 – S.Kaladziç, 114.
Baş hakim: Entoni Teylor (İngiltərə).
London. "Uembli" stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 4. Leonardo Spinatsola, 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 15. Françesko Açerbi, 17. çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi (k).
Avstriya: 13. Daniel Baxmann, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 7. Marko Arnautoviç, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 10. Florian Qrilliç, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest