Ukrayna millisinin futbolçusu Denis Popov yığmanın düşərgəsini tərk edib. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Buna futbolçunun zədəli olması səbəb göstərilir. Məşqçi heyəti zədə səbəbindən Aç-2020-də heç bir oyuna çıxmayan müdafiəçini İsveçlə oyun öncəsi yığmanın heyətindən çıxarmğa qərar verib. Beləliklə, o, Aç-2020-də oynamayacaq.
 
Kiyevə qayıtdıqdan sonra Popov klubu "Dinamo"da reabilitasiya keçəcək.
 
Qeyd edək ki, Ukrayna yığması iyunun 29-da Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində İsveç millisi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest