Tokio-2020-də cüdo yarışları davam edir. Matc.az xəbər verir ki, bu gün kişi cüdoçuların 66 kq çəki dərəcəsində Orxan Səfərov mübarizəyə qoşulub.
29 yaşlı idmançımız 1/16 finalda Qazaxıstan təmsilçisi Yerlan Serikjanovla qarşılaşıb. "Nippon Budokan" arenasının ev sahibliyi etdiyi görüşün qalibi qızıl xalla müəyyənləşib.
İlk vazari xalını qazanan Serikjanov mərhələ adlayıb. Beləliklə, Orxan Səfərov mübarizəni dayandırıb.