25 Avqust 2026, 19:12
FUTBOL
PSJ hücumçusu Bredli Barkolanın transferi ilə bağlı "Liverpul" ilə danışıqları davam etdirir və futbolçu üçün tələb etdiyi məbləği 140 milyon avroya qədər endirib.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" idman nəşri məlumat yayıb.
Bildirilir ki, Paris klubu ilkin olaraq 23 yaşlı futbolçunun keçidi üçün təxminən 170 milyon avro almaq istəsə də, daha sonra bu tələbini təxminən 146 milyon avroya qədər azaltmışdı. Mersisaydlılar transferin yaxın vaxtlarda rəsmiləşəcəyinə ümid edirlər.
Geridə qalan mövsümdə Barkola PSJ-nin heyətində bütün turnirlərdə ümumilikdə 49 oyuna çıxıb, bu matçlarda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalında futbolçunun dəyəri 90 milyon avro təşkil edir.













