Müqavilə şərtləri müzakirə olunan əcnəbi mütəxəssislərdən birinin adı bəllidi. Belə ki, "Keşlə"nun Müşahidə Şurasının sədri Zaur Axundov ötən həftə Yüksəl Yeşilovayla İsveçrədə görüşüb. Qurbanov istefaya göndərilən kimi türkiyəli çalışdırıcıya və ya digər 2 əcnəbidən birinə üstünlük veriləcək.

"Keşlə" baş məşqçi dəyişikliyinə hazırlaşır. Paytaxt klubu avrokuboklarda, ardınca Premyer Liqanın ilk 3 turunda məğlubiyyətə əngəl olmağı bacarmayan Sənan Qurbanovu yola salacaq.

Müqavilə şərtləri müzakirə olunan əcnəbi mütəxəssislərdən birinin adı bəllidi. Belə ki, "Keşlə"nun Müşahidə Şurasının sədri Zaur Axundov ötən həftə Yüksəl Yeşilovayla İsveçrədə görüşüb. Qurbanov istefaya göndərilən kimi türkiyəli çalışdırıcıya və ya digər 2 əcnəbidən birinə üstünlük veriləcək.

52 yaşlı Yeşilova kifayət qədər təcrübəli məşqçidi. 2002-ci ildə Rumıniyada karyerasına başlayan Yüksəl bəy daha çox köməkçi kimi fəaliyyət göstərib. Almaniya və Türkiyənin aşağı liqa klublarında müxtəlif vaxtlarda yardımçı, eləcə də baş məşçqi işləyən bu şəxs Makedoniyada çalışmağa da imkan tapıb.

Bir ara hətta Rusiyada – "Mordoviya" və "Kuban"da görünən mütəxəssis son olaraq Buxarest "Rapid"ində (Rumıniya) işləyib. İndi isə "Keşlə"yə baş məşqçi gəlməsi realdı. futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest