İsveçrənin "Bazel" komandası "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının qrup mərhələsinin 1-ci tur oyunu üçün Bakıya yola düşüb. Matc.az xəbər verir ki, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.
 
Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.
 
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" matçına saat 20:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest