Meydandan növbəti xal itkisi ilə ayrılacaqları təqdirdə, klub rəhbərliyinin matçdan dərhal sonra istefa qərarını açıqlayacağı gözlənilir. Bütün diqqətlər indi “Bornmut”la görüşə və Karrikin bu təzyiq altından necə çıxacağına yönəlib.
“Mançester Yunayted”də böhran dərinləşməkdə davam edir. Matc.az xəbər verir ki, iki cəbhədə uğursuz seriya yaxalayan kollektiv artıq 7 oyundu qələbə üzünə həsrət qalıb.
Xüsusilə Çempionlar Liqasında “Komo”ya qarşı alınan 1:4 hesablı ağır məğlubiyyət klub rəhbərliyinin səbir kasasını dolduran son damla olub. Bütün bu uğursuzluqlara baxmayaraq, Karrikin bu gün keçiriləcək “Bornmut”a qarşı vacib görüşdə komandanın sükanı arxasında yer alacağı gözlənilir.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, rəhbərlik artıq alternativ variantları nəzərdən keçirməyə başlayıb və ehtimal olunan əvəzedicilər kimi Eddi Hou ilə Yulian Nagelsmannın adları hallanır. Hələlik bu iddialar rəsmi təsdiqini tapmasa da, media və azarkeşlər bu günkü qarşılaşmanı Karrik üçün “son şans” kimi dəyərləndirirlər.
Meydandan növbəti xal itkisi ilə ayrılacaqları təqdirdə, klub rəhbərliyinin matçdan dərhal sonra istefa qərarını açıqlayacağı gözlənilir. Bütün diqqətlər indi “Bornmut”la görüşə və Karrikin bu təzyiq altından necə çıxacağına yönəlib.











_1792873270.jpg)

