Bu gün qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Matç.az xəbər verir ki, tədbir Türkiyənin İstanbul şəhərində təşkil olunub.

Yarışda iştirak edəcək 24 komanda püşklə 4 qrupa bölünüb. Bu yığmalardan 4-ü püşksüz qruplara ayrılıb. Söhbət bu il avqustun 23-dən sentyabrın 8-dək keçiriləcək çempionatın ev sahiblərindən gedir. Belə ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyə fərqli qruplara bölünüb. Digər 20 komanda isə püşkə görə qruplara ayrılıb.

AVRO-2017-də göstərdiyi nəticəyə görə növbəti çempionata vəsiqə əldə edən Azərbaycan millisi püşkatmada 3-cü səbətdə qərarlaşıb. Püşkün nəticəsinə görə, komandamız C qrupuna düşüb. Qızlarımız 1/8 final uğrunda Macarıstan, Hollandiya, Xorvatiya, Rumıniya və Estoniya ilə yarışacaq.

 

A qrupu

Türkiyə

Serbiya

Bolqarıstan

Fransa

Finlandiya

Yunanıstan

 

B qrupu

Polşa

İtaliya

Belçika

Ukrayna

Portuqaliya

Sloveniya

 

C qrupu

Macarıstan

Hollandiya

Xorvatiya

Azərbaycan

Rumıniya

Estoniya

 

D qrupu

Slovakiya

Rusiya

Almaniya

Belarus

İspaniya

İsveçrə

 

Qeyd edək ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən yarış yeni formatla baş tutacaq. Qrup mərhələsində ilk 4 yeri tutanlar 1/8 finala yüksələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest