"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq. Matc.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Niderlandda yerli "Alkmaar" komandası ilə cavab matçında qarşılaşacaq.

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Niderlandda yerli "Alkmaar" komandası ilə cavab matçında qarşılaşıb.

Xorvatiyalı Dario Belin idarə etdiyi qarşılaşmaya Azərbaycan təmsilçisinin ağır məğlubiyyəti ilə başa çatıb.

Qəbələdəki ilk görüşdə də Niderland təmsilçisi 4:0 hesablı qələbə qazanmışdı. Beləliklə, hər iki oyunda böyük hesabla uduzan "Qəbələ" mübarizəni erkən dayandırıb.

UEFA Gənclər Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
19 oktyabr

"Alkmaar" – "Qəbələ" 7:0
Qol: Nik Koster, 4; 36. F.D.Yonq, 17. M.V.Brederode, 43. V.Aken, 60. T.Kerssens, 63. M.Meerdink, 72.
Baş hakim: Dario Bel (Xorvatiya).
Alkmar, "AZ Təlim-Məşq Mərkəzi".

Alkmaar: 1. Sem Vesterveld, 3. Vouter Qus, 5. Maksim Dekker, 8. Nik Tvisk, 10. Fedde de Yonq (k), 11. Miron van Brederode, 12. Yurre van Aken, 17. Nik Koster, 18. Ro-Zanqelo Daal, 25. Levis Şuten, 32. Mişa Engel.
Ehtiyat oyunçular: 16. Daniel Deen, 2. Sem Dekkers, 14. Dave Kvakman, 19. Tom Kerssens, 20. Enox Mastoras, 23. Luk Postma, 37. Mexx Meerdink.
Baş məşqçi: Yan Sierksma.

Qəbələ: 1. Həsən Həsənli, 2. Süleyman Damadayev 3. İbrahim Ramazanov, 5. Xəyal Səmədov, 6. ülvü Mədətov, 7. Gülağa Əsədov, 8. Rauf Rüstəmli, 9. Aqil Nəsibov, 10. Rauf Məhərrəmov, 15. Hüseyn Mürsəlov (k), 18. Mehrac Baxşalı.
Ehtiyat oyunçular: 12. Kamil Nəzərli, 4. Nuqay Rəşidov, 11. Taleh Qarayev, 13. Fərid Kələntərov, 14. Fuad Əhmədov, 16. Sənan Ağalarov, 17. İxtiyar Məmiyev.
Baş məşqçi: Famil Xəlilov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest