Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.

Matc.az xəbər verior ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.

Yarımfinalda Monteneqronun "Buduçnost" kollektivini üstələyən "Neftçi" ilə "Hapoel"ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.

Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək. 

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi

25 iyul

19:30. PAOK – "Neftçi"

Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
Veria Munisipal Stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest