UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Sabah" bu gün növbəti avrokubok sınağına çıxır.
Matc.az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "KuPS" kollektivinin qonağı olacaq.
Finlandiyanın Kuopio şəhərindəki "Väre Areena" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Masazırda keçirilən ilk oyunda təmsilçimiz rəqibini minimal (1:0) hesabla məğlub edib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
19:00. "KuPS" – "Sabah"
(İlk oyun: 0:1)
Baş hakim: Qal Leybovits
Baş hakimin köməkçiləri: Roy Hassan, Yossi Babayoff
Dördüncü hakim: Dekel Zino
VAR: Daniel Bar Natan
AVAR: Eitan Şmuelevits
Väre Areena stadionu (Kuopio)













