Braziliya Futbol Konfederasiyasının rəhbərliyi hücumçu Neymar üçün milli komandanın heyətində vida matçının təşkil edilməsi variantını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, "O Globo" nəşri məlumat yayıb. Bu təşəbbüs hələlik müzakirələrin ilkin mərhələsindədir.

Xatırladaq ki, 34 yaşlı futbolçu Braziliya millisində çıxışlarını başa vurduğunu bəyan edib. Onun millinin heyətində ilk oyunu 2010-cu ildə baş tutub.

Neymar milli komandada bütün turnirlər daxil olmaqla 130 oyun keçirib, 80 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest