“Bayern” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Benfika”nı (Portuqaliya) məğlub edib – 4:0. Matc.az xəbər verir ki, sözügedən qarşlaşma Münhen təmsilçisinin futbolçusu Manuel Noyerin turnirdəki 100-cü matçı olub.
 
35 yaşlı qapıçı yubileyi ilə bağlı UEFA-nın mətbuat xidmətinə açıqlama verib:
 
“Bu, möhtəşəm göstəricidir. Heç düşünməzdim ki, belə uğura nail olacam. Bunu mənə karyeramın başlanğıcında desəydilər, inanmazdım. Bu, inanılmaz bir məqamdır”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest