"Real"ın baş məşqçisi Joze Mourinyo İspaniya təmsilçisinin və Braziliya millisinin vingeri Vinisius Juniorun nə üçün kəskin tənqid atəşinə tutulması barədə fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Portuqaliyalı mütəxəssis braziliyalı futbolçuya olan münasibəti belə izah edib: "Portuqaliyada bir məsəl var: daşı yalnız bar verən ağaca atarlar. Vini son illərdə nə edib? Çempionlar Liqasında neçə titul qazanıb? Neçə qol vurub? O, çox bar verən bərəkətli ağacdır. İnsanlar da ondan bəhrə gözlədikləri üçün daş atırlar.
Vinisiusun ən yaxşı versiyası hələ qarşıdadır. Ötən mövsüm "Bernabeu"da "Benfika" ilə matçda qarşılaşmanın taleyini həll edən həmin Vinisius geri dönəcək".
Cari mövsümdə Vinisius "Real"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 5 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalıb.
Qeyd edək ki, Madrid klubunun azarkeşləri Çempionlar Liqasının I turunun "İnter"ə qarşı keçirilən və 2:1 hesablı qələbə ilə başa çatan oyununda braziliyalını fitə basıblar.













