Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qrup üzrə 10 qarşılaşma baş tutub.

Azərbaycan yığması A qrupundakı sonuncu matçında Lüksemburqu qəbul edib və növbəti məğlubiyyətə üzülüb. Qrupun digər görüşündə isə Portuqaliya İrlandiyanın qonağı olub. Pireney təmsilçisi qələbə sayəsində qrup lideri olacaq və final mərhələsinə daha da yaxınlaşacaqdı. Lakin bu görüşdə qapılara qol vurulmayıb. Bu qrupda yer alan Serbiya yığması isə Qətərlə yoxlama görüşündə qarşılaşıb və 4 cavabsız qola sevinib.

B qrupunun lideri İsveç Gürcüstanla, İspaniya isə Yunanıstanla üz-üzə gəlib. Skandinaviyalılar qələbə sayəsində final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilərdi. Bunun üçün 3 qat Avropa çempionları Yunanıstan səfərində xal itirməliydi. Amma ispanların çətin qələbə qazandığı gündə İsveç yığması Gürcüstanda 2 cavabsız qolla məğlub olub.

H qrupundakı Rusiya da Dç-2022-də iştirakı rəsmiləşdirə bilərdi. Valeri Karpinin baş məşqçi olduğu komanda bundan ötrü evdə Kipri məğlub etməli və Xorvatiyanın Malta səfərində büdrəməsini gözləməliydi. Amma həm ruslar, həm də xorvatlar bu turda darmadağına seviniblər.

J qrupundan mundiala vəsiqəni təmin edən Almaniya millisi bu dəfə Lixtenşteyni 9 cavabsız qolla məğlub edib. Ermənistan evdə Şimali Makedoniya yığmasına böyük hesabla uduzub. Rumıniya və İslandiya yığmalarının görüşündə isə qapılara qol vurulmayıb.

Dç-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
11 noyabr

A qrupu

Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.

İrlandiya – Portuqaliya 0:0

Serbiya – Qətər 4:0
Qol: Lukiç, 45+2. Yoviç, 51. Vlahoviç, 53. Saviç, 83.

Xal durumu: Portuqaliya – 17, Serbiya – 17, Lüksemburq – 9, İrlandiya – 6, Azərbaycan – 1.

B qrupu

Gürcüstan – İsveç 2:0
Qol: Kvaratsxeliya, 61; 77.

Yunanıstan – İspaniya 0:2
Qol: Sarabiya, 26-pen.

Xal durumu: İspaniya – 16, İsveç – 15, Yunanıstan – 9, Gürcüstan – 7, Kosovo – 4.

H qrupu

Rusiya – Kipr 6:0
Qol: Yeroxin, 4; 87. Smolov, 55. Mostovoy, 56. Sutormin, 62. Zabolotnı, 82.

Malta – Xorvatiya 1:7
Qol
: Brozoviç, 31-öz qapısına – Perişiç, 6. çaleta-çar, 22. Paşaliç, 39. Modriç, 45+1. Mayer, 47; 64. Kramariç, 53.

Slovakiya – Sloveniya 2:2
Qol: Duda, 58-pen. Ştreleç, 74 – Zayç, 18. Mevlya, 62.

Xal durumu: Rusiya – 22, Xorvatiya – 20, Slovakiya – 11, Sloveniya – 11, Malta – 5, Kipr – 5.

J qrupu

Ermənistan – Şimali Makedoniya 0:5
Qol: Traykovski, 22. Bardi, 36; 67-pen; 90-pen. Ristovski, 79.

Rumıniya – İslandiya 0:0

Almaniya – Lixtenşteyn 9:0
Qol: İ.Gündoğan, 11. Kaufmann, 20-öz qapısına. Sane, 22; 49. Roys, 23. Müller, 76; 86. Baku, 80. Goppel, 89-öz qapısına.

Xal durumu: Almaniya – 24, Şimali Makedoniya – 15, Rumıniya – 14, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest