Lider Braziliya yığması bu turda Kolumbiyanı minimal hesabla məğlub edib. Bununla da, "sambaçı"lar çempionatın əsas mərhələsinə vəsiqəni təmin edib.

Bu gün Dç-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 13-cü turuna start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
 
Lider Braziliya yığması bu turda Kolumbiyanı minimal hesabla məğlub edib. Bununla da, "sambaçı"lar çempionatın əsas mərhələsinə vəsiqəni təmin edib.
 
Peru Boliviya, Ekvador isə Venesuela üzərində qələbəyə sevinib.
 
Tura Uruqvay – Argentina matçıyla yekun vurulacaq.
 
Dç-2022-nin seçmə mərhələsi
13-cü tur
12 noyabr
 
Ekvador – Venesuela 1:0
Qol: Pyero İnkapye, 41.
 
Paraqvay – çili 0:1
Qol: Antoni Silva, 56-avtoqol.
 
Braziliya – Kolumbiya 1:0
Qol: Lukas Paketa, 72.
 
Peru – Boliviya 3:0
Qol: Canluka Lapadula, 9. Kristian Kueva, 31. Serxio Pena, 39.
 
14 noyabr
 
03:00 Uruqvay – Argentina
 
Xal durumu: Braziliya – 34, Argentina – 25, Ekvador – 20, çili – 16, Kolumbiya – 16, Uruqvay – 16, Peru – 14, Paraqvay – 12, Boliviya – 12, Venesuela – 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest