Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun növbəti matçları keçirilib. Matc.az xəbər verir ki, ikinci oyun günündə 3 qrup üzrə 8 qarşılaşma baş tutub.

C qrupunda 14 xala malik liderlər – İtaliya və İsveçrə yığmaları üz-üzə gəlib. Qalib komanda mundiala vəsiqə qazanmağa daha da yaxınlaşacaqdı. Amma tərəflər bu oyundan hərəyə 1 xalla ayrılıblar. Qrupun digər görüşündə Litva Şimali İrlandiyanın qonağı olub. Meydan sahibləri bu oyunda minimal hesabla üstün olublar.

F qrupunda Dç-2022-yə vəsiqəni vaxtından əvvət təmin edən Danimarka seçməsi bu turda Farer adalarını məğlub edib. Şotlandiya da Moldova səfərindən 3 xalla ayrılmaqla qrupda ikinci pilləni rəsmiləşdirib. Avstriya – İsrail qarşılaşmasında isə meydan sahibləri qələbə qazanan tərəf olub.

I qrupunda İngiltərə millisi Albaniya üzərində darmadağına sevinibsə, Polşa da Andorra səfərindən inamlı qələbə ilə dönüb. Macarıstan yığması isə San Marinonu böyük hesabla yenib.

Dç-2022-nin seçmə mərhələsi
Qrup mərhələsi, 9-cu tur
12 noyabr

C qrupu

Şimali İrlandiya – Litva 1:0
Qol: Satkus, 18-öz qapısına.

İtaliya – İsveçrə 1:1
Qol: Di Lorenso, 36 – Vidmer, 11.

Xal durumu: İtaliya 15, İsveçrə – 15, Bolqarıstan – 8, Şimali İrlandiya – 8, Litva – 3

F qrupu

Moldova – Şotlandiya 0:2
Qol: Patterson, 38. Adams, 65.

Danimarka – Farer adaları 3:1
Qol: S.Olsen, 18. Larsen, 63. Mehle, 90+3 – K.Olsen, 90.

Avstriya – İsrail 4:2
Qol: Arnautoviç, 51. Şaub, 62; 72. Sabitzer, 84 – Bitton, 33. Perets, 59.

Xal durumu: Danimarka – 27, Şotlandiya – 20, İsrail – 13, Avstriya – 13, Farer adaları – 4, Moldova – 1

I qrupu

Andorra – Polşa 1:4
Qol: Vales, 45 – Levandovski, 5; 73. Yuzvyak, 11. Milik, 45+2.

Macarıstan – San Marino 4:0
Qol: Soboslai, 6; 83. Qazdaq, 22. Veçsei, 88.

İngiltərə – Albaniya 5:0
Qol: Maquayr, 9. Keyn, 18; 33; 45+2. C.Henderson, 28.

Xal durumu: İngiltərə – 23, Polşa – 20, Albaniya – 15, Macarıstan – 14, Andorra – 6, San Marino – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest