Futbol üzrə Braziliya millisi Dç-2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində Kolumbiyaya 1:0 hesabıyla qalib gəlməklə mundialın final mərhələsinə vəsiqəni təmin edib. Matc.az xəbər verir ki, Titenin çalışdırdığı komanda Dç-yə vəsiqə qazanan 4-cü kollektivdir.
 
Braziliya yığmasından öncə Avropa zonası üzrə seçmə mərhələdə uğurlu çıxışı ilə diqqət çəkən Almaniya və Danimarka yığmaları mundiala vəsiqə qazanmışdı. Ev sahibi Qətərin dünya çempionatındakı iştirakı isə əvvəldən bəllidir.
 
Qeyd edək ki, gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest