Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 10-cu tura start verilib. Matc.az xəbər verir k, ilk oyun günün 4 qrup üzrə 10 qarşılaşma baş tutub.

A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Qonaqlar mundiala vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalı idisə, meydan sahiblərinə heç-heçə də sərf edirdi. Oyunda hesabı da Portuqaliya yığması açıb. Amma qalan dəqiqələrdə iki qol vuran Serbiya böyük əzmkarlıq sayəsində qalib gəlib və qrup lideri kimi mundiala vəsiqə qazanıb. Qrupun digər matçında Lüksemburq İrlandiyanı qəbul edib. Bu oyunda da qonaqlar darmadağına seviniblər.

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olub. Skandinaviyalılar Dç-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməli idi. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaqdı. Amma İspaniya yığması buna qələbə ilə nail olub. Yunanıstan – Kosovo görüşü isə bərabərliklə bitib.

H qrupunun əhəmiyyəti oyunu Xorvatiya və Rusiya komandaları arasında olub. Xorvatiyalılar yalnız doğma meydanda qələbə qazansa, mundialda iştirakı təmin edəcəkdilər. Sözügedən komanda minimal hesabla qalib gəlib və Dç-yə vəsiqə qazanıb. Qrupun digər oyunlarına gəlincə, Malta Slovakiyanı, Sloveniya isə Kipri qəbul edib. Slovakiya və Sloveniya yığmaları bu oyunlardan qalib ayrılıb.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edib. Almaniya vaxtından əvvəl qrup liderliyini rəsmiləşdirsə də, bu oyunda darmadağınla qalib gəlib. Şimali Makedoniya isə son oyunda qələbə qazanmaqla pley-offda oynamaq hüququ əldə edib. Rumıniya yığması da Lixtenşteyn üzərində inamlı qələbəyə sevinib.

İndiyə qədər Avropa zonasından Almaniya ilə yanaşı, Danimarka, Fransa və Belçika da Dç-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

Dç-2022-nin seçmə mərhələsi
10-cu tur
14 noyabr

A qrupu

Lüksemburq – İrlandiya 0:3
Qol: Daffi, 67. Oqbene, 75. Robinson, 88.

Portuqaliya – Serbiya 1:2
Qol: Sançes, 2 – Tadiç, 33. Mitroviç, 90.

Xal durumu: Serbiya – 20, Portuqaliya – 17, İrlandiya – 9, Lüksemburq – 9, Azərbaycan – 1.

B qrupu

Yunanıstan – Kosovo 1:1
Qol: Masuras, 44 – Rrahmani, 76.

İspaniya – İsveç 1:0
Qol: Morata, 86.

Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5.

H qrupu

Malta – Slovakiya 0:6
Qol: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.

Sloveniya – Kipr 2:1
Qol: Zayç, 48. çerin, 84 – Kakulis, 89.

Xorvatiya – Rusiya 1:0
Qol: Kudryaşov, 81-öz qapısına.

Xal durumu: Xorvatiya – 23, Rusiya – 22, Slovakiya – 14, Sloveniya – 14, Malta – 5, Kipr – 5.

J qrupu

Lixtenşteyn – Rumıniya 0:2
Qol: Man, 8. Banku, 87.

Şimali Makedoniya – İslandiya 3:1
Qol: Alioski, 7. Elmas, 65; 87 – Torsteynsson, 54.

Ermənistan – Almaniya 1:4
Qol: Mxitaryan, 59-pen – Haverts, 15. İ.Gündoğan, 45+4-pen; 50. Hofmann, 64.

Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest