İtaliya "İnter"i "Ayaks"ın qapıçısı Andre Onananı transfer edib. Matc.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
 
Kamerunlu qolkiperlə 5 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün təzminat ödəməyib. 26 yaşlı oyunçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq.
 
"İnter" Onana ilə yanaşı, Albaniya yığmasının yarımmüdafiəçisi Kristyan Asllanini də transfer edib. İtaliyanın digər klubu "Empoli"dən transfer olunan 20 yaşlı futbolçu üçün qarşı tərəfə 14 milyon avro ödənilib. Gənc yarımmüdafiəçi Milan klubunda 14 nömrəli formanı geyinəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest