2026-cı il dünya çempionatının yekunlaşmasından dərhal sonra yeni FİFA reytinqi açıqlanıb.
Matc.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olan İspaniya millisi reytinq cədvəlində liderliyə yüksəlib. İspaniyalılar 1995,88 xalla siyahının birinci pilləsində qərarlaşıb.
Turnirin finalçısı Argentina isə ikinci pilləyə geriləyib. Digər diqqətçəkən məqam isə turnirlə erkən vidalaşan Almaniya yığmasının ilk "onluğ"u tərk edərək 12-ci sıraya düşməsidir. Onların yerini turnirdə uğurlu çıxış edərək ilk "onluğ"a yüksələn Meksika millisi tutub.
Azərbaycan milli komandası isə dünya çempionatından sonrakı bu yenilənmədə öz mövqeyini qoruyub saxlayıb. Yığmamız turnirdən əvvəl olduğu kimi 1132 xalla yenə 126-cı sırada yer alıb.
Yenilənmiş FİFA reytinqinin ilk "onluğ"u aşağıdakı kimidir:
1. İspaniya – 1995,88
2. Argentina – 1970,37
3. Fransa – 1948,97
4. İngiltərə – 1922,83
5. Braziliya – 1804,92
6. Mərakeş – 1803,99
7. Portuqaliya – 1787,85
8. Belçika – 1778,36
9. Niderland – 1775,54
10. Meksika – 1754,30













