"Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq".
"Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda Finlandiya təmsilçisi "KuPS"a qarşı keçirəcəkləri qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu keçirilən mətbuat konfransında danışıb.
Almaniyalı vinger komandanın qələbə qazanacağına inandığını bildirib:
"KuPS" güclü komandadır. Maraqlı qarşılaşma olacaq. Səbirsizliklə matçı gözləyirik. Bir həftədir ki, rəqibi təhlil etmişik. Ən yaxşı oyunumuzu sərgiləməyə çalışacağıq. Qalib gələcəyimizə inanıram".
Təcrübəli oyunçu meydandakı mövqeyi və heyətdəki rəqabət barədə verilən sualı cavablandırıb:
"Məşqçi hansı mövqedə oynatsa, hazıram. Özümü hücumçu kimi rahat hiss edirəm. Sanki bu mövqedə komandama daha çox kömək edirəm. Rəqabəti hiss edirəm. Bu, olmalıdır. Hücumçu kimi öz işimi görməliyəm. Daha çox qollar vurmalıyam ki, məşqçi məni seçsin".
Xatırladaq ki, "Sabah" – "KuPS" matçı iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.













