İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı davam edir. Matc.az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.
 
Vasif Bağırov (48 kq) qazaxıstanlı Ramil Rassim (11:0) və hindistanlı Kumar Lalitə (7:4) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə amerikalı Kastilyonu 5:3 hesabıyla üstələyən Vasif dünya çempionu olub.
 
Camal Abbasov (55 kq) debütdə qırğızıstanlı Zalkarbek Tabaldiyevə uduzub – 9:12.
 
İlyas İsayev (65 kq) iranlı Məhəmməd Mamivand (3:0), türkmənistanlı Alp Arslan Beqenyov (5:2), qazaxıstanlı Aikin Bolatuli (8:4) və gürcüstanlı Qoqa Otunaşvili (8:4) üzərində qələbə qazanaraq finala adlayıb. İlyas həlledici görüşdə amerikalı Tayler Kasaka 5:3 hesabıyla qalib gələrək dünya çempionu olub.
 
Şəmistan Axundov (80 kq) ilk görüşdə italiyalı Mirko de Niçiloya (11:0) qalib gəlsə də, 1/8 finalda hindistanlı Mor Saçinə (0:7), təsəlliverici görüşdə isə moldovalı Aleksandru Barsa (0:11) uduzub.
 
Yusif Dursunov (110 kq) türkiyəli Taha Temeli (5:2) mübarizədən kənarlaşdırsa da, özbəkistanlı Hikmətulla Qurbanova minimal fərqlə uduzub – 7:8.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest