Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb.

çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb. Matc.az xəbər verir ki, bu barədə Plzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Ən ucuz biletin qiyməti 420 çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 çexiya kronudur (təxminən 62 manat).
 
Avqustun 23-də "Dusan Arena"da baş tutacaq bu qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bakıdakı ilk matç qolsuz bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest