Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə dünya seriyasının final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, yarışda Azərbaycanı 8 idmançı təmsil edir. 
 
İlk gündə qrup mərhələsinin 1-ci turunun görüşləri keçirilib. Təmsilçilərimizdən Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam, Fərid Yunusov (hər ikisi 80 kq), İbrahim Yusubov, Fərid Cabbarov (hər ikisi 90 kq), Oyan Nəzəriani və Zəfər Əliyev (hər ikisi +90 kq) ilk turu qələbəylə başa vurub. Yalnız Rübail İbrahimli (70 kq) ilk görüşdə minimal fərqlə (2:3) məğlub olub.
 
Sabah qrup mərhələsinin qalan görüşləri, həmçinin yarımfinal və final qarşılaşmaları baş tutacaq. Bununla da güləşin bu növündə hər çəki üzrə dünya çempionları müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest