AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb. Matc.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə "Trabzonspor" və "Monako" komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyununda UEFA Matç direkroru (UEFA Venue Director) qismində çalışacaq.
 
Oktyabrın 13-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest