Dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Azərbaycanın daha bir cüdoçusu özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını medalsız başa vurub. Matc.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində çristian Parlatiyə (İtaliya) qızıl xal bölümündə məğlub olub. 
 
Xatırladaq ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest