Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb. Matc.az xəbər verir ki, 60 kq-da çıxış edən idmançı finalda öz komanda yoldaşı Kənan İsmayılova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
 
İlk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest