Yaponiyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında III mərhələnin II turunun oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, baş tutan iki qarşılaşma yarımfinalçıların müəyyənləşməsi üçün kifayət edib.

Belə ki, ardıcıl 2-ci məğlubiyyətini alan ABŞ və Yaponiya milliləri öz qruplarında sonuncu yeri tutublar. Bu komandaların 5-6-cı yerlər uğrunda matçda qüvvəsini sınayacağı dəqiqləşib.

G qrupundan İtaliya ilə Serbiya, H qrupundan isə Hollandiya və çin yarımfinala yüksəlib. Bu mərhələnin cütlərinə isə sabahkı tur aydınlıq gətirəcək.

III mərhələ

II tur

15 oktyabr

G qrupu

İtaliya – Yaponiya – 3:2 (25:20, 22:25, 25:21, 19:25, 15:13)

Turnir cədvəli: Serbiya – 3 xal (1 oyun), İtaliya – 2 (1), Yaponiya – 1 (2).

H qrupu

Hollandiya – ABŞ – 3:2 (30:32, 15:25, 25:22, 25:19, 15:9)

Turnir cədvəli: Hollandiya – 2 (1), çin – 2 (1), ABŞ – 2 (2).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest