Almaniyanın “Bayern” klubunun futbolçusu Camal Musiala Almaniya millisinin tarixinə düşüb. Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatının 1-ci turunda Yaponiyaya qarşı matçda meydana çıxmaqla nail olub.
 
Musiala 19 yaş 270 günündə mundialda iştirak edib. Bununla da o, 64 illik rekordu yeniləyib.
 
O, 1958-ci ildə bunu bacaran Karl-Haynts Şnellingerdən (19 yaş 72 gün) sonra ən gənc oyunçu ünvanına sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest