Argentina yığmasının hücumçusu Lionel Messi Dç-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına məğlubiyyətdən (1:2) sonra açıqlama verib. Matc.az xəbər verir ki, o, nəticədən narazı qaldığını bildirib.

"Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha yaxşı birləşəcəyik. Bu komanda güclüdür. çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğunu göstərməlidir. Səhvləri düzəltməli və məqsədə çatmağa çalışmalıyıq".

Xatırladaq ki, Səudiyyə Ərəbistanına məğlub olduğu oyunda Argentinanın yeganə qolunu Messi vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest