25 Noyabr 2022, 17:02
                
                
                
                                DÇ-2026 
                                
                
               
              
				  
 
	Qətərdə keçirilən futbol üzrə dünya çempionatında ilk qırmızı vərəqə göstərilib. Matc.az xəbər verir ki, Uels millisinin qapıçısı Ueyn Hennessi İranla matçın 86-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
	Hennesi dünya çempionatlarında meydandan qovulan 3-cü qapıçı olub. 1994-də italiyalı Canluka Palyuka Norveçlə, 2010-da isə CAR-lı İtumelenq Kune Uruqvayla görüşlərdə qırmızı vərəqə görmüşdü.
	Qeyd edək ki, qarşılaşma Uelsin 0:2 hesablı məğlubiyyəti ilə bitib. Nəticədə İran dünya çempionatları tarixində ilk dəfə Avropa təmsilçisinə qalib gəlib. Bu, həm də cənub qonşularımızın avropalılardan top buraxmadığı ilk matçdır.
				
         	
                                             
               
 
             
 





_1761919595.jpg)



_1761913751.jpg)




_1761908608.jpg)
