Dç-2022-nin 1/8 finalında İngiltərə millisi Seneqalı (3:0) məğlub edib. Matc.az xəbər verir ki, britaniyalılar bu nəticə ilə cari dünya çempionatında 12 qol vurub.
 
Göstəriciyə əsasən, onlar Avropa və dünya çempionatları tarixindəki rekord göstəricini təkrarlayıb. öncədən İngiltərə millisi Dç-2018-də 12 qol vurmağı bacarıb.
 
Dç-2022-nin 1/4 finalında İngiltərə millisi Fransa ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest