"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 2017-18 mövsümündə çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la oyunlardakı xal itkilərinə görə istefa veribmiş. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Bakıda (0:0) və Madriddə (1:1) Ağdam təmsilçisi ilə heç-heçə etdiyi üçün Madrid klubu qrupu 3-cü pillədə tamamlayıb və növbəti mərhələyə vəsiqə qazana bilməyib. Qrup matçlarının ardından argentinalı rəhbərliklə görüşündə istefa vermək istədiyini bildirib. Lakin paytaxt klubu bunu qəbul etməyib. Nəticədə mübarizəni Avropa Liqasında davam etdirən "Atletiko" turnirin qalibi olub.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır.

XƏYAL

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest