"Zirə"nin yeni transferi Vladislav Kulaç Ukraynanın "Dinamo" (Kiyev) klubundan ayrılmasının səbəblərini açıqlayıb. Matc.az xəbər verir ki, 29 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında son ilyarım oynamadığı üçün Kiyev təmsilçisindən ayrıldığını bəyan edib:
 
"Bu, çox çətindir. "Dinamo"dan təklif alanda düşündüm, razılaşdım. Oyunçularla, komanda ilə tanış oldum. Bunun üçün şadam. Amma futbol baxımından mənim üçün o qədər də yaxşı deyildi. Zədələri gizlətmirəm, bunu hamı bilir. Ancaq dəstək hiss etmədim. Baş məşqçinin münasibətini gördüm və orada oynaya bilməyəcəyimi başa düşdüm".
 
Xatırladaq ki, Vladislav Kulaç 2021-ci ilin yayından formasını geyindiyi "Dinamo"da cəmi 7 oyuna çıxıb, 1 qol vurub. O, bir neçə gün öncə "Zirə" ilə 1,5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest