17 İyul 2026, 20:28
FUTBOL
"Turan Tovuz" futbol klubu Türkiyə toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi hazırlıq prosesi çərçivəsində İranın 21 yaşlılardan ibarət yığma komandası (U-21) ilə qarşılaşıb.
Kurban Berdiyevin baş məşqçisi olduğu kollektiv 1:1 hesablı heç-heçəyə razılaşıb. Tovuzluların heyətində Sadiq Şəfiyev fərqlənib.
Komanda bu mərhələni başa vurduqdan sonra hazırlıqların növbəti hissəsi üçün Bolu bölgəsinə yollanacaq.
Qeyd edək ki, Misli Premyer Liqasının bürünc mükafatçısı yeni mövsümün hazırlıq proqramı çərçivəsində qardaş ölkədə ümumilikdə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.













