İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, finala gedən yolda cütlüklər müəyyənləşib.
 
Əzəli rəqiblər "Barselona" və "Real" məhz yarımfinalda üz-üzə gələcək. Digər cütlükdə isə "Osasuna" ilə "Atletik" qarşılaşacaq. Qalib iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək.
 
İlk matçlar "Real" və "Osasuna"nın meydanında olacaq. Ancaq görüşlərin tarixi hələ bəlli deyil.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest