"Hall Siti" bu mövsümün əvvəlində "çelsi"dən icarəyə götürdüyü Xavyer Simonsu birdəfəlik transfer edib. Matc.az xəbər verir ki, bu barədə çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
İngiltərədən olan 20 yaşlı yarımmüdafiəçi "Hall Siti" ilə 2026-cı ilin 30 iyununa kimi müqavilə bağlayıb. Türkiyəli Acun Ilıcalının rəhbəri olduğu klubun bu transfer üçün "zadəganlar"a nə qədər təzminat ödədiyi açıqlanmır.
 
Simons "Hall Siti"yə bu mövsümün əvvəlində icarə əsasına keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest