Milli komandada və beynəlxalq klub yarışlarında ümumilikdə 100 və daha çox qol vuran futbolçuların adları müəyyənləşib. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, 27 oyunçu bunu bacarıb.
 
Son olaraq Ukrayna ilə AVRO-2024-ün seçmə mərhələ görüşündə fərqlənən İngiltərə yığmasının hücumçusu Harri Keyn "100-lər klubu"na düşüb.
 
Siyahıya isə 274 qolla Kriştiano Ronaldo başçılıq edir. Lionel Messi ikinci, Robert Levandovski isə üçüncü sırada qərarlaşıb.
 
1. Kriştiano Ronaldo (Portuqaliya) – 274 qol
2. Lionel Messi (Argentina) – 236
3. Robert Levandovski (Polşa) – 179
4. Gerd Müller (Almaniya) – 137
5. Neymar (Braziliya) – 136
6. Kərim Benzema (Fransa) – 132
7. Raul (İspaniya) – 123
8. Ali Dai (İran) – 122
9. Ferens Puşkaş (Macarıstan, İspaniya) – 122
10. Luis Suares (Uruqvay) – 121
11. Zlatan İbrahimoviç (İsveç) – 119
12. Edin Dzeko (Bosniya və Herseqovina) – 117
13. Didye Droqba (Fil Dişi Sahili) – 115
14. Andrey Şevçenko (Ukrayna) – 115
15. Romelu Lukaku (Belçika) – 114
16. Edinson Kavani (Uruqvay) – 113
17. Ronaldo (Braziliya) – 112
18. Tyerri Anri (Fransa) – 110
19. Romario (Braziliya) – 109
20. Samuel Eto (Kamerun) – 105
21. Sunil çetri (Hindistan) – 104
22. Serxio Aquero (Argentina) – 104
23. Pele (Braziliya) – 103
24. Məhəmməd Salah (Misir) – 103
25. Miroslav Kloze (Almaniya) – 102
26. Harri Keyn (İngiltərə) – 100
27. Eysebio (Portuqaliya) – 100
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest