"Qalatasaray" rəhbərliyi və azarkeşləri komandadan ayrılan Mauro İkardi ilə vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə "Sporx" nəşri məlumat yayıb.

Bildirilir ki, "Qalatasaray" forması ilə ardıcıl 4 çempionluq qazanan, 134 rəsmi oyunda vurduğu 77 qolla klub tarixinə adını qızıl hərflərlə yazdıran 33 yaşlı argentinalı ulduzla emosional bəyanatla vidalaşılıb.

İstanbul təmsilçisi onun 7-dən 70-ə hər bir azarkeşin qəlbində taxt qurduğunu və unudulmaz əfsanələr sırasına daxil olduğunu vurğulayıb. Baş məşqçi Okan Burukun da təcrübəli hücumçuya zəng edərək təşəkkür etdiyi və sosial şəbəkə hesabı vasitəsilə vida mesajı paylaşdığı diqqətə çatdırılıb.

"Qalatasaray"ın bu rəsmi açıqlamasından sonra komanda yoldaşları da ulduz futbolçuya uğurlar arzulayıblar.

Qeyd edək ki, argentinalı qoleadorun növbəti dayanacağı ailəvi səbəblərdən karyerasını davam etdirmək istədiyi vətəni Argentina olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest