Hollandiya çempionatının 6-cı turunda keçiriləcək "Ayaks" - "Feyenoord" matçının vaxtı müəyyənləşib.

Matc.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Sentyabrın 24-də Amsterdamdakı stadionda keçirilən derbi 55-ci dəqiqədə yarımçıq qalıb. Buna səbəb "Ayaks" azarkeşlərinin meydançaya pirotexniki vasitələr atması olub. Daha sonra hakim komandaları meydandan kənarlaşdırıb. Hollandiya Kral Futbol Assosiasiyasının (KNVB) məlumatına görə, "Ayaks" - "Feyenoord" matçının qalan 35 dəqiqəsi sentyabrın 27-də, saat 16:00-da tribunada tamaşaçısız oynanılacaq.

Qeyd edək ki, oyun 3:0 hesabı ilə "Feyenoord"un xeyrinə dayandırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest