İtaliya A seriyasının XXXI turunda "Milan"la qarşılaşan "Yuventus" 2:1 hesablı qələbə qazanıb. Matc.az saytı xəbər verir ki, "qoca sinyora"nın hücumçusu Moyze Kin şəxsi göstəricisini yaxşılaşdırıb.

84-cü dəqiqədə qələbə qoluna imza atan 19 yaşlı forvard ardıcıl 3-cü görüşdə fərqlənib. Kin eyni zamanda cari mövsüm A seriyasında qol sayını 5-ə çatdırıb ki, bu da onun ən yaxşı göstəricisidi. Gənc oyunçu ötən mövsüm "Verona"nın heyətində 4 qolla yadda qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest