Klub Mutunun “Neftçi”dəki taleyini diqqətlə izləyir. Onlar Azərbaycan təmsilçisinin 44 yaşlı mütəxəssisi qış fasiləsində istefaya göndərəcəyinə ümid edir.

Rumıniya klubu ÇFR “Neftçi”nin baş məşqçisi Adrian Mutunun xidmətində maraqlıdı. Matc.az yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik qış fasiləsində mümkün keçidi nəzərdən keçirir.
 
ÇFR hazırkı baş məşqçi Andrea Mandorlinini istefaya göndərməyə tələsmir. Çünki klub Mutunun “Neftçi”dəki taleyini diqqətlə izləyir. Onlar Azərbaycan təmsilçisinin 44 yaşlı mütəxəssisi qış fasiləsində istefaya göndərəcəyinə ümid edir. ÇFR rəhbərliyi məhz “Neftçi”nin qərarını gözlədiyi üçün italiyalı baş məşqçisini müvəqqəti postunda saxlayıb.
 
Qeyd edək ki, “Neftçi” hazırda 19 xalla Premyer Liqada 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest